Zaman

Gəlirik bu dünyaya
Vaxtsız bir qonaq kimi
Axarı var zamanın:
Bulaq kimi,çay kimi.
Bu çay alır qonağı,
Gəzdirir çayqırağı…
Xəbəri də olmadan
Oğurlayır qonağı
Elə öz pəncəsindən…
Atır qara boşluğa.
Bu boşluğun nə sonu,
Nə də əvvəli məlum
Bu bixəbər qonağa…
Bir az çay aparacaq,
Bir az həyatın özü.
Yazıq qonaq neyləsin?
Çıxsın dövranın gözü!
Nə doymur ki dincələk,
Nə qoyur biz düzələk…
Xırıltısız-filansız
Elə gəldiyin kimi,
Yapışıb əllərindən
Zamanın məhvərindən
Səni itirən kimi
Tapır yeni bir mehman..
Neyləmək olar axı
Bax belədir bu zaman…

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma