Sən olaydın kaş..

Həyatın son dəfə güldüyü yerdə,

Tuta biləydim mən əllərindən kaş.

Məni itirdiyim öz içimdə sən

Qopara biləydin özünü sən kaş…

Çırpındım həyatın sərt qayasına

Əl boyda sahilim sən olaydın kaş.

Küləklər qopartdı ruhumu məndən…

İçimdə qasırğa sən olaydın kaş.

Gülmək,ağlamaq da itib gözümdən,

Bircə damcı yaşım sən olaydın kaş.

Bütün alovların söndüyü yerdə

Cılız qıvılcımım sən olaydın kaş..

Gördüyüm hər surət,hər sima sənsən,

Divarda kölgəm də sən olaydın kaş.

Sən başqa səmada,uzaq Yerdə mən…

Ovcumdakı ulduz sən olaydın kaş.

Sözlərim içimə həkk olunubdu,

Danışa bilmirəm,dinləyənim yox.

Neyləyək?Deyəsən çox sevdim səni…

Xəstəlik kimisən,əlacın da yox..

Eyb etməz,gözlərəm mən səni lap çox…

Əcəl nəfəsim də sən olaydın kaş…

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma