Ümid

Ümid…Ürəyimizin ən dib bucağında,bəlkə də uşaq vaxtı hardasa gördüyümüz,təsadüf nəticəsində dadına baxdığımız,oynadığımız,qırdığımız oyuncağı əldə etmək arzusunun zəif ehtimala əks olunan dəyəri.Bəzən heçlik…Nə oyuncaq var,nə də oyuncaqla oynamağa həvəs…Amma yenədə özündən xəbərsiz oyuncağın mahiyyətinin nə qədər əhəmiyyətli olduğunu dərk edirsən;uşaq olmaq – oyuncaqla oynamaqdır sənin üçün.Bunu dərk etdiyin anda o dib bucaqdakı toxum heç nəyi vecinə almayıb səni içərdən yeyə-yeyə boy atmağa başlayır.

Həyat da belədir.Obyektlər,şəxslər elə bir vaxtda qarşına çıxır ki..İllər uzunu ürəyində bütləşdirdiyin obraz ya da istifadəsi sənə ən uyğun olan cihaz elə bir anı seçib gözünə girir ki,nə etinasız qala bilirsən,nə də əldə etməyə cürətin çatır.Bəzən “hə”  ilə “yox” arasında qalır insan.”Hə” məlum məsələdi.Ümidin,həmin ehtimalın reallığa çevrilməsinin təntənəsidi..Di gəl ki,”yox”.Bu etiraz bəzən ümidlərin üstündən elə xətt çəkir ki,nə ehtimal qalır,nə də o ehtimalı dirçəldəcək güman.İnsan ümidini də cibinə qoyub,öz içindəki mağaraya çəkilir.Heç kimin yolunu bilmədiyi o qaranlıq məbədə.Ümidini də qarşısına qoyub hər şeyi götür-qoy eləməyə başlayır.Əbəs yerə “Ümid sonda ölür.” deməyiblər.Zırrama körpədi ümidlərimiz.Reallığı görüb,başa düşməyə şüuru olmayan varlıqlardı.İnsan təbiətindəki  eqosentrizm isə bu ağlağan uşaqlara inanmağa çağırır,suallar verməyi əmr edir bizə…Reallığı unutdurur…

Ümid pozur həyatımızı… Далбаёб oluruq istəmədən..Bilmədən..Ümid pozur hər şeyi…

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma